“Barselona” rəhbərliyi Messinin atası ilə danışıqlar aparacaqbackend

“Barselona” rəhbərliyi Messinin atası ilə danışıqlar aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona” klubunun rəhbərliyi Lionel Messinin nümayəndələri ilə görüşüb yeni müqavilənin şərtləri barədə razılıq əldə etmək istəyir.

“Mundo Deportivo” məlumat verir ki, yaxın günlərdə futbolçunun nümayəndəsi olan atası və klub rəhbərliyi danışıq masası ətrafına oturacaqlar.

Messinin hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır. Klub rəhbərliyi müqaviləni 2023-cü ilə qədər uzatmaq arzusundadır.

İnterpress.az