Azərbaycan gələn il Afrika ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını genişləndirmək istəyirbackend

Azərbaycan gələn il Afrika ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını genişləndirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kənd Təsərrüfatı Nazirliyinə məxsus \”Aqrar Tədarük və Təchizat\” ASC gələn il kənd təsərrüfatı məhsulları ixracının həcmini genişləndirəcək”.

Bunu qurumun İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib.

Onun sözlərinə görə, tərəfdaşlarının sayı artırılacaq: “Hazırda Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri ilə intensiv işləməyə çalışırıq. Həmçinin, Azərbaycanın xarici ölkələrindəki səfirlikləri ilə də ölkənin kənd təsərrüfatı və qida sektorunun tanıtımı ilə bağlı müxtəlif tədbirlər keçiririk. Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkil etdiyi ixrac missiyalarında iştirak edirik ki, yeni tərəfdaşlar tapaq. Hazırda bir sıra ərəb ölkələrinin \”Aqrar Tədarük və Təchizat\” ASC ilə əməkdaşlıq etməklə bağlı istəkləri var”.

L.Məmmədova vurğulayıb ki, \”Aqrar Tədarük və Təchizat\” ASC-nin Nigeriyaya göndərdiyi meyvə ixracından sonra yenidən təklif alıblar: “Bu yaxınlarda da nar məhsulları göndərdik. Məqsədimiz məhsullarımızı nəinki Nigeriyaya, ətraf ölkələrində də tanıtmaq və ixracın genişləndirilməsini inkişaf etdirməkdir. Bu ölkələr Azərbaycan məhsullarını az tanıyırlar. Məqsədimiz ölkənin təbliğatını həyata keçirtməkdir”.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 14-də ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

İnterpress.az