Alimlər açıqladı: Bu yerdə dəmirdən “qar” yağırbackend

Alimlər açıqladı: Bu yerdə dəmirdən “qar” yağır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“JGR Solid Earth” jurnalında yayımlanan araşdırmaya görə, nüvənin xarici və daxili hissələri arasındakı sərhəddə dəmir kristalları olan bir suspenziya qatı mövcuddur.

Nüvədə baş verən proseslər Yerin maqnit sahəsinin və qlobal tektonikanın təbiətini müəyyənləşdirməklə bütövlükdə planetin geoloji həyatına təsir göstərir.

On illərdir geofiziklər planetimizin nüvəsinə yayılan elastik dalğaların xarici nüvənin alt qatlarından keçərkən yavaşlaması ilə bağlı izahat tapmağa çalışırlar.

Bundan əlavə, dalğaların nüvənin hər iki tərəfinə necə ötürülməsi ilə bağlı nəzərəçarpan bir fərq var: şərq yarımkürəsində onların sürəti qərbdən daha çoxdur. Sanki daxili nüvənin xarici səthi viskoz ilə örtülüb, qərb tərəfində isə bu örtüyün qalınlığı daha böyükdür. Bütün bunlar Yerin daxili quruluşunun mövcud modelləri ilə zəif uzlaşır.

Ostindəki Texas Universitetindən və Siçuan Universitetindən olan amerikalı və çinli alimlər seysmik dalğaların nüvədən keçməsinin xüsusiyyətlərini izah edən fiziki bir model hazırlayıblar.

Müəlliflər Yerin daxili nüvəsinin üstünün xarici maye nüvədə meydana gələn və daxili bərk nüvənin səthinə düşərək 300 kilometrdən artıq qalınlıqda bir təbəqə meydana gətirən kiçik hissəciklərlə – dəmir “qar”la örtüldüyünü ehtimal edirlər.

Müəlliflərin fikrincə, seysmik dalğaların həqiqi hərəkətinin nəzəri proqnozlardan fərqlənməsinə səbəb elə bu yığılmış çamur örtüyü və ya suspenziyadır.

Alimlər açıqladı: Bu yerdə dəmirdən “qar” yağır