İordaniya: “İŞİD məğlub edilməlidir”backend

İordaniya: “İŞİD məğlub edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu arada İordaniya pilotunun İslam Dövləti tərəfindən öldürülməsi ərəb dünyasında qınaqla qarşılanıb.

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, İŞİD üsyançıları pilot Moaz al-Kasasbehin \”canlı yandırılmasını göstərən\” videonu yaydıqdan sonra Kral II Abdullah ABŞ-a səfərini vaxtından əvvəl bitirib.

Hadisə ilə bağlı İordaniya həmçinin qadın cihadçı da daxil olmaqla iki məhbusu edam edib.

İntihar-bombardmançı Sajida al-Rishawi və əl-Qaidə fəalı Ziyad Karboli səhər tezdən asılıb, rəsmilər deyib. Onların hər ikisi iraqlıdır.

İordaniya pilot pilot Moaz al-Kasasbehi Sajida al-Rishawi ilə dəyişməyə cəhd etmişdi

İordaniya pilot Kasasbehi Rishawi ilə dəyişməyə cəhd etmişdi.

Moaz al-Kasasbeh dekabrda İŞİD-ə qarşı missiyanın yerinə yetirilməsi zamanı idarə etdiyi təyyarənin qəzaya uğraması nəticəsində girov götürülmüşdü.

İordaniyalı pilotun öldürülməsindən sonra, İordaniya iki cihadçı məhbusu asıb.

Rishawi 2005-ci ildə paytaxt Ammanda 60 nəfərin ölümündə nəticələnən hücumlardakı roluna görə ölüm cəzası almışdı.

Karboli 2008-ci ildə İordaniya vətəndaşını öldürməkdə təqsirli bilinmişdi.

İki məhbus yerli vaxtla saat 04:00-da (Bakıda 06:00) edam edilib, hökumət rəsmisi Mohammad al-Momani çərşənbə günü deyib.

İnterpress.az