46 yaşlı kişinin nəfəs borusunda saç bitirbackend

46 yaşlı kişinin nəfəs borusunda saç bitir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada bir kişinin saçları boğazından çıxıb.

Vesti.ru-nun xəbərinə görə, 46 yaşlı Moskva sakini boğazında olan narahatlıqla bağlı həkimə müraciət edib.

Müayinə zamanı məlum olub ki, onun boğazında saç bitib.

Təxminən doqquz il əvvəl qəza nəticəsində boynundan zədə alan şəxs əməliyyat olunub.

Bir müddət sonra onun nəfəs almaqla bağlı problemləri başlayıb.

Müayinə zamanı həkim travmadan sonrakı deformasiya nəticəsində onun boğaz və nəfəs borusunda tüklər çıxdığını aşkar edib.

Həkimin dediyinə görə, buna səbəb boğazında əməliyyat zamanı dəridən istifadə edilməsi olub.

İnterpess.az