“Forbes” “uğurlu” və “uğursuz” milyarderlərin siyahısını hazırlayıbbackend

“Forbes” “uğurlu” və “uğursuz” milyarderlərin siyahısını hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Forbes” jurnalı 2019-cu ilin nəticələrinə görə ən “uğurlu” və ən “uğursuz” milyarderlərin reytinqlərini dərc edib. Məqalə ingilisdilli nəşrin saytında yerləşdirilib.

Olduqca zənginlər arasında “uğur” reytinqində birinci yeri maddi rifahına görə dünyada üçüncü şəxs olan Bernar Arno tutub. Bu il onun kapitalı 40 milyard dollar artıb. Arno hazırda 100 milyard dollarlıq sərvətin sahibidir.

“Facebook”un təsisçisi Mark Zukerberq ikinci pillədə yer alıb. Bu il, o, 22,1 milyard dollar qazanıb. İlk üçlüyü “Inditex”in təsisçisi və rəhbəri Amansio Orteqa qapayır. Onun kapitalı 17,3 milyard dollar artıb.

“Uğursuz milyarderlər” üçlüyünə “Amazon”un rəhbəri və iki hindistanlı biznesmen daxil olub. Belə ki, dünyanın ən zəngin adamlarından olan Ceff Bezos bir il ərzində 13,1 milyard dollar itirib. Qəzetin yazdığına görə, buna səbəb onun boşanma prosesi olub.

Bu siyahıda Bezosa Hindistanın 14,1 milyard dollar itirən “Wipro Limited” texnologiya şirkətinin rəhbəri olan Əzim Premci və 3,4 milyard dollar itirən “Essel Group” mediakonqlomeratının başçısı Subhaş Çandra  yoldaşlıq edir.

İnterpress.az