Davit Volkov “Qəbələ”ni tərk edibbackend

Davit Volkov “Qəbələ”ni tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Davit Volkov “Qəbələ” klubunun yeni müqavilə təklifini qəbul etməyib.

Bu barədə “Report”a 24 yaşlı hücumçunun özü məlumat verib. Gürcüstanlı forvard hazırda digər variantları gözdən keçirdiyini söyləyib: “Ad çəkməyəcəyəm, Azərbaycanın başqa klublarında dəvət var. Həmçinin Gürcüstan, Belarus, Türkiyə və İsrail təmsilçilərində də təklif almışam”.

Qeyd edək ki, Volkov bu ilin yanvarından “Qəbələ” ilə 1 illik müqavilə bağlamışdı. O, qış fasiləsində komandanı tərk edən ilk futbolçu olub.

İnterpress.az