“Fiorentina”nın baş məşqçisi istefaya göndərilibbackend

“Fiorentina”nın baş məşqçisi istefaya göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Fiorentina” komandasının baş məşqçisi Vinçentso Montella istefaya göndərilib.

İnterpress.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı italiyalı mütəxəssis uğursuz nəticələr səbəbi ilə postundan uzaqlaşdırılıb.

Rəhbərlik “Fiorentina”nın dünən A Seriyasının sonuncu – XVII turunda evdə “Roma”ya 1:4 hesabı ilə uduzmasından sonra radikal qərar qəbul edib.

Qeyd edək ki, bu ilin aprelindən “Fiorentina”nın sükanı arxasında yer alan Montellanın klubla 30 iyun 2021-ci ilə qədər müqaviləsi vardı. O, 2012 – 2015-ci illərdə də bu komandanın baş məşqçisi olub.

Hazırda hesabında 17 xalı olan “Fiorentina” 14-cü pillədə qərarlaşıb.

İnterpress.az