Flora Kərimova Afəti məhkəməyə verirbackend

Flora Kərimova Afəti məhkəməyə verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afət Fərmanqızını məhkəməyə verirəm.

İnterpress.az xəbər verir ki, bunu ARB TV-nin “Hüseynova bacıları” verilişində Xalq artisti Flora Kərimova deyib.

“İnsanda üz olmalıdır. Hər bir xanım özünə hörmət etməlidir. Qəşəng xanım olsa da, dilini bir az şirin etməlidir. Onun tərəfindən yaşıma uyğun olmayan sözlər eşidirəm. Hərəkətləri də yaxşı deyil. Ona hər bir xanımın hər hansı bir nəsli, ölkəni və qadınları təmsil etdiyini dedim. Amma heç nə onun vecinə deyil. Mən ona yaxşı söz dedim, o isə məni söydü.

Məhkməyə verməyimin əsas səbəblərindən biri mənim ona cavab verməyə qüvvətim və sözümün çata bilməməsi ilə bağlı dediyi sözlər oldu. Afət ancaq danışır. Mən də boğaza yığıldım”, – Flora Kərimova deyib.

“Bayram günündə Afət gəlib sizdən üzr istəsə, barışarsınız?” sualına Xalq artisti Afətdə o qabiliyyətin olmadığını bildirib:

“Mən bir çoxları kimi küsüb, incidikdən sonra barışan deyiləm. Təbiətim buna uyğun deyil. Bundan sonra insan təbiətini heç nə dəyişməz”.

Qeyd edək ki, ikili arasındakı qalmaqala ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində qonaq olan Xalq artisti Flora Kərimovanın söhbət əsnasında işlətdiyi “Nəsimini bərbad hala salan Afət” ifadəsi işlətməsi səbəb olub.