Puqaçova evində çalışan qadına 300 minlik çanta hədiyyə etdibackend

Puqaçova evində çalışan qadına 300 minlik çanta hədiyyə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

70 yaşlı Alla Puqaçova evində çalışan qadına Yeni il hədiyyəsi olaraq fransız brendi “Louis Vuitton”dan çanta hədiyyə edib.

Rambler.ru xəbər verir ki, bir neçə ildir primadonnanın yanında çalışan Nadejda Romanova yeni çantası ilə nə edəcəyini bilmədiyini qeyd edib.

“O, mənə “Louis Vuitton”dan çanta hədiyyə etdi. İndi bu çanta ilə hara gedəcəyimi bilmirəm. Mənə bu cür təşəkkür etdi”, – Romanova bildirib.

Romanovaya çantanın dəyərinin 300 min rubldan baha ola biləcəyini dedikdə isə o, belə cavab verib:

“Puqaçova mənimlə snobizm və pafosdan kənar, özünə bərabər biri kimi ünsiyyət saxlayır”.

İnterpress.az