“Qarabağ” UEFA reytinqində “100-lüy”ə düşübbackend

“Qarabağ” UEFA reytinqində “100-lüy”ə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

İnterpress.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 1955-2019-ci illərdə Çempionlar Liqasında əldə olunan nəticələrə əsasən hazırlanan siyahıya İspaniyanın \”Real Madrid\” komandası başçılıq edir. 50 dəfə beynəlxalq arenada qüvvəsini sınayan, 13 titulu olan paytaxt təmsilçisi indiyə qədər keçirdiyi 437 oyundan 262-də qalib gəldiyi halda, 76 dəfə heç-heçə edib və 99 oyundan məğlub ayrılıb.

Qələbənin 2, bərabərliyin isə 1 xalla qiymətləndirildiyi reytinqdə liderin 600 xalı var.

Azərbaycan təmsilçilərindən yalnız \”Qarabağ\” \”100-lüy\”ə düşüb. Ağdam komandası 41 xalla 84-cü sıradadır. \”Neftçi\” 15 xalla 168-ci yerdədir.