“Çelsi”nin futbolçusuna qarşı irqçilik: “Bu cəfəngiyyat nə vaxt bitəcək?”backend

“Çelsi”nin futbolçusuna qarşı irqçilik: “Bu cəfəngiyyat nə vaxt bitəcək?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasının XVIII turunun “Tottenhem” – “Çelsi” oyunu zamanı azarkeşlər əlləri ilə meymun təsvir edərək, qonaqların almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiqeri təhqir edib.

İnterpress.az  xəbər verir ki, bu qarşıdurma ev sahibi komandasının koreyalı hücumçusu Hın-min Sonun Rüdiqerə qarşı hərəkəti nəticəsində qovulmasından sonra baş verib.

Stadionda diktor tərəfdarlara üç dəfə xəbərdarlıq edərək, onlardan irqçilikdən çəkinmələrini istəyib. Baş hakim Entoni Teylor fasilə götürərək komandaların baş məşqçilərinə müraciət etsə də, oyunu dayandırmayıb.

Rüdiqer oyun zamanı irqçi zorakılıqdan sonra açıq şəkildə müraciət edərək, günahkarların cəzalandırılmasını istəyib. “Çelsi”nin müdafiəçisi özünün “Twitter” hesabında yazıb:

“Futbol matçında yenidən irqçilik görmək çox təəssüfləndiricidir, amma düşünürəm ki, bu barədə ictimaiyyətə danışmaq vacibdir. Əgər danışmasam, o zaman bir neçə gün sonra bu məsələ unudulacaq. Ümid edirəm ki, cinayətkarlar tezliklə tapılacaq və cəzalandırılacaq.

Onlarla televiziya kamerası və videonəzarət kameraları olan “Tottenhem” stadionu kimi müasir futbol meydançasında onları tapmaq və cəzalandırmaq üçün imkanlar var. Yoxdursa, onda stadionda hadisəni görən və eşidən şahidlər olmalı idi. 2019-cu ildə irqçiliyin hələ də mövcud olması, sadəcə, rüsvayçılıqdır. Bu cəfəngiyyat nə vaxt bitəcək?”

“Tottenhem” klubu da hadisəni kəskin tənqid edərək, hərtərəfli araşdırma aparacağını bildirib.

İnterpress.az