Bakıda tələbə dəm qazından boğularaq öldübackend

Bakıda tələbə dəm qazından boğularaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ikinci kurs tələbəsi dəm qazından boğularaq ölüb.

İnterpress.az xəbər verir ki, hadisə dünən paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, hüquq-mühafizə orqanlarına Göyçay rayon Çərəkə kənd sakini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ikinci kurs tələbəsi, 18 yaşlı Babayeva Lalə Niyaməddin qızının Bakıda, Arif Heydərov küçəsi 21 ünvanında kirayə qaldığı evin hamam otağında dəm qazından boğularaq öldüyü barədə məlumat daxil olub.

İlkin ehtimallara görə, tələbə qız dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az