Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Yanğından xilas olmaq üçün sobaya girdi - FOTO

Avstraliyanın Balmoral şəhərinin sakini tabut ölçüsündə olan əldəqayırma sobaya gizlənməklə meşə yanğınından xilas olub.

Dərc edilib: 24 dekabr 2019 [10:10]
Baxış sayı: 12682

Avstraliyanın Balmoral şəhərinin sakini tabut ölçüsündə olan əldəqayırma sobaya gizlənməklə meşə yanğınından xilas olub.

Bu barədə “The Mirror” xəbər verib.

Hökumətin xəbərdarlığına baxmayaraq, 67 yaşlı rəssam Stiv Harrison mülkünü yanmaqdan xilas etmək ümidi ilə evdə qalıb. Onun xanımı isə təxliyə olunub.

Alovlar yaxınlaşanda Harrison artıq xilas olmağın vaxtı çatdığını anlayıb. O, furqonuna tərəf getsə də yolun alovla bağlandığını görüb.

Bu zaman kişi notbukunu və yanğınsöndürən balonu da götürüb bir gün əvvəl düzəltdiyi, üzərini yanğın əleyhinə koşmanla örtdüyü sobaya girib.

Yanğından xilas olmaq üçün sobaya girdi - FOTO



Harrison alovun tüğyan etdiyi yarım saat ərzində öz “sığınacağında” qalıb. Onun sözlərinə görə, hər yer açıq narıncı-qırmızı rəngdə olub, o isə bərk qorxub.

Yanğında Harrisonlar ailəsinin dulusçuluq emalatxanası və anbarı yanıb.

Qeyd edək ki, Balmoral və Bakstonda yanğın zamanı azı 20 bina, o cümlədən 12 yaşayış evi məhv olub.

Yanğından xilas olmaq üçün sobaya girdi - FOTO

Yanğından xilas olmaq üçün sobaya girdi - FOTO








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 220