İŞİD hamının axtardığı qadını videoçarxa çəkdi – VİDEObackend

İŞİD hamının axtardığı qadını videoçarxa çəkdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə CNN kanalı istintaqa yaxın olan mənbəyə istinadən bildirib.

Videoçarxda silahlılar fransız dilində Parisdəki terror aksiyalarını törədənləri tərifləyir və yeni hücumlara səsləyirlər: “Əgər siz demokratiya uğrunda mübarizə aparırsınızsa, biz də islam uğrunda çalışırıq”.

Kadrlarda bir qız kamuflyajda, əlində silahla dayanıb. Mənbənin sözlərinə görə, Fransanın istintaq orqanları bu qadının Hayat Bumeddin olma ehtimalını araşdırır.
Xatırladaq ki, onun əri Amedi Kulibali Parisdəki mağazaya hücum zamanı dörd girovu öldürüb. Keçirilən əməliyyat nəticəsində Amedi öldürülüb.

Bumeddin və Kulibali islam qaydasıyla evləndikləri üçün Fransa qanunları tərəfindən nigah tanınmayıb. Kəşfiyyat məlumatlarına görə qadın hazırda Suriyadadır.

İnterpress.azhttps://youtube.com/watch?v=obXhjclO32k