Ali Məhkəmə “Qoca” ilə birlikdə adam öldürən “Maqa” barədə qərar verdibackend

Ali Məhkəmə “Qoca” ilə birlikdə adam öldürən “Maqa” barədə qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda xüsusi təyinatlı qatardan qaçan məhbus Əli Ağami və “Qoca” ləqəbli Etibar Məmmədovla birlikdə adam öldürməkdə təqsirli bilinən Məhəmməd Heydərovun kassasiya şikayətinə baxılıb.

İnterpress.az xəbər verir ki, Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, onun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Ağami 19 il, Məhəmməd Heydərov (“Maqa Hacıqabullu”), Tahir Məlikov (“Marojna”) və Əfsər İbrahimovun hər biri isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar 2015-ci ilin noyabrında Şirvan şəhərində Elvin Nəciyev (kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınır) və Zaur Sarıbalayevi qətlə yetirməkdə təqsirli biliniblər.

Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, qəsdən adamöldürmədə təqsirləndirilən Ə.Ağami və digər məhbus, “Qoca” ləqəbli E.Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilən zaman Biləcəri stansiyasında qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb. Bu işlə bağlı cinayət işi üzrə hökm oxunub.

İnterpress.az