Bakıda Hindistan vətəndaşının evi qarət edildibackend

Bakıda Hindistan vətəndaşının evi qarət edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda kirayədə yaşayan Hindistan vətəndaşı qarət olunub.

İnterpress.az xəbər verir ki, hadisə Xətai rayonu A.Cəlilov küçəsində qeydə alınıb.

Həmin ünvanda kirayə yaşayan 1982-ci il təvəllüdlü Raturi Girish Togat polisə müraciət edərək bildirib ki, dekabrın 21-i saat 10:00-dan 23:30-dək mənzildə olmayıb. Bu müddət ərzində naməlum şəxs mənzilin pəncərəsini açaraq evə daxil olub və onun yataq otağındakı dolabından 150 ABŞ dolları, 140 AZN, bir ədəd “Canon” markalı fotoaparat və bir ədəd kompüteri oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az