Müəllimin dərs izahı üsulu şagirdləri şoka saldı – FOTObackend

Müəllimin dərs izahı üsulu şagirdləri şoka saldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspan müəllim Veronika Duke anatomiya dərsini öz bədənində keçməklə uşaqları şoka salıb. Onun əri dərsin fotosunu özünün “Twitter” səhifəsində paylaşıb.

Bu barədə Lenta.ru xəbər verib.

Duke dərsə üzərində əzələ və daxili orqanların təsviri olan geyimlə gəlib. O, bu xüsusi geyimi “AliExpress”də reklamda görən kimi sifariş verdiyini deyib.

Əri bildirib ki, xanımı insan anatomiyasını uşaqlara orijinal üsulla başa salıb. Onun sözlərinə görə, uşaqlar şokda olublar.

Qeyd edilir ki, Duke 15 ildir uşaqlara təbiət elmlərindən, incəsənətdən, həmçinin, dildən dərs deyir. Hazırda üçüncü sinif şagirdlərinə dərs deyən müəllim uşaqlar üçün biliyi həmişə vizual olaraq vermək istədiyini dilə gətirib.

Onun sözlərinə  görə, tarix, həmçinin, ingilis və ispan dili dərslərində də sözlü kartlarla uyğun üsulu tətbiq edir.

Müəllimin dərs izahı üsulu şagirdləri şoka saldı - FOTO

Müəllimin dərs izahı üsulu şagirdləri şoka saldı - FOTO