Azərbaycan Çin bazarına toyuq əti çıxaracaqbackend

Azərbaycan Çin bazarına toyuq əti çıxaracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan toyuq və giləmeyvə ixracı ilə bağlı potensial bazarlar axtarışındadır.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.

O bildirib ki, sahibkarların müraciətləri nəzərə alınaraq, Koreya və Çin bazarlarına Azərbaycan məhsullarının ixracı ilə bağlı müraciətlər edilib:

“Çin bazarına toyuq məhsullarının ixracı ilə bağlı müraciət etmişik. Eyni zamanda, Koreya və Çin bazarına giləmeyvələrin ixracı ilə bağlı danışıqlar gündəmdədir”.

İnterpress.az