Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Fransada Azərbaycanlı elmi diasporu yaradıldı - FOTO

Fransa Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin dəstəyi ilə 14 dekabr 2019-cu ildə Paris şəhərində Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Fransadakı Azərbaycanlı elmi diasporu yaradılıb.

Dərc edilib: 25 dekabr 2019 [16:02]
Baxış sayı: 40302

Fransa Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin dəstəyi ilə 14 dekabr 2019-cu ildə Paris şəhərində Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Fransadakı Azərbaycanlı elmi diasporu yaradılıb.

İnterpress.az xəbər verir ki, diasporla ilk görüş Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində keçirilib.

Görüşdə Fransanın bütün regionlarından gələn əlliyə yaxın azərbaycanlı elmlər namizədləri (PhD) və doktorantlar, həmçinin magistr tələbələri iştirak etmişdir. Təşkilatçı, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Dr. Günel Səfərova, iştirakçıları salamlayaraq Fransadakı ictimai nəqliyyatda davam edən nümayiş və etiraz aksiyasına baxmayaraq, görüşə göstərdikləri marağa və iştiraklarına görə təşəkkürünü bildirib.

Daha sonra görüş iştirakçıları ilə birlikdə Fransada elmi diasporun gələcək məqsədləri, vəzifələri, öhdəlikləri ətrafına fikir mübadiləsi aparılıb və Fransanın elm ocaqlarında elmi iş yazan və bu titulu artıq əldə etmiş həmvətənlərimizin bir araya gətirilməsi və təşkilatlanması üçün elmi diasporun yaradılması qərara alınıb.

Görüşdə təşkilatçı, Fransa Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Dr. Günel Səfərova, regionlarda assosiasiya və təşkilatların yaranmasını təşviq edərək, Diasporla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondu ilə elektron portallardan istifadə edərək əməkdaşlıq layihələrinin hazırlanması qaydalarından da söhbət açıb.

Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev görüşdə iştirak edən azərbaycanlı elmi işçiləri salamlayaraq, elmi diasporun yaradılmasının vacibliyini vurğulayıb və Fransa ali təhsil ocaqlarının kitabxanalarında Azərbaycanla bağlı kitab bazasının genişləndirilməsi üçün səfirliyin dəstək olacağını bildirib.

Görüş iştirakçılarına, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının science.az saytında elmi diaspora portalı və Fransadakı azərbaycanlı tələbə təşkilatları barədə məlumat verilib.

Fransada Azərbaycanlı elmi diasporu yaradıldı - FOTO

Fransada Azərbaycanlı elmi diasporu yaradıldı - FOTO

Fransada Azərbaycanlı elmi diasporu yaradıldı - FOTO






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 250