Bakıda 26 yaşlı gənci ürəyindən bıçaqladılarbackend

Bakıda 26 yaşlı gənci ürəyindən bıçaqladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayonunda bıçaqlanma hadidəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə “Lotos” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, Hacıqabul rayon sakini, 1993-cü il təvəllüdlü Mayılov Sirac Əlizadə oğlu naməlum şəxs və şəxslərlə mübahisə zəmnində ürək və qarın nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin, qarın boşluğunun çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

İnterpress.az