İŞİD-in 1 milyon dollarını oğurlayıb qaçdıbackend

İŞİD-in 1 milyon dollarını oğurlayıb qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu şəxs İŞİD-in zəkat məsələləri ilə məşğul olan üzvü olub. Misir vətəndaşı Əbu Ubeydə Əl Masri adlı şəxs milyardlarla Suriya poundunu oğurlayaraq qaçıb.

O, əvvəllər Suriyanın Deyrizor şəhərində “zəkat” adı altında xərc toplayıb. Onun İŞİD-dən oğurladığı pulun 1 milyon dollar olduğu bildirilir.

Xatırladaq ki, İŞİD hər tacirdən satışın 2,5 faizini zəkat adı altında alır.

Adıçəkilən şəxs İŞİD-dən qaçan ilk adam deyil. Bir müddət əvvəl Səudiyyə vətəndaşı olan qazı da Suriyadan qaçıb. İŞİD əcnəbi döyüşçülərdən 100 nəfərini müxtəlif adlarla edam edib.

İnterpress.az