Cennifer Lopez fotoşop ittihamlarını darmadağın etdi – FOTObackend

Cennifer Lopez fotoşop ittihamlarını darmadağın etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya şöhrətli 50 yaşlı pop ulduz Cennifer Lopez yeni görünüşü ilə izləyiciləri heyrətləndirib.

İnterpress.az xəbər verir ki, qidalanmasına, bədən ölçülərinə və həyat tərzinə hər zaman diqqətlə yanaşan sənətçi zaman-zaman sosial şəbəkə izləyicilərinin “fotoşopdan istifadə edir” rəyləri ilə ittiham olunur.

Yeni il ərəfəsində 50 yaşlı sevgilisi, iş adamı Aleks Rodriqesin hədiyyə etdiyi yeni avtomobil önündə qırmızı rəngdə “top” və dəri “leggings”lərdə verdiyi seksual pozlarla haqqında gəzən fotoşop ittihamlarını darmadağın edib.

Jurnalistlərin həmin an lentə aldığı fotolarda ideal və fit bədən quruluşu ilə ağılları qarışdıran Lopez fotoşop deyil, məhz idmanın köməyi ilə bu vücuda sahib olduğunu bir daha sübuta yetirib.

Qeyd edək ki, Cennifer Lopez yaxın zamanda sevgilisi, iş adamı Aleks Rodriqeslə evlənəcəkləri barədə məlumat verib. Bu, sayca sənətçinin beşinci toyu olacaq.

Cennifer Lopez fotoşop ittihamlarını darmadağın etdi - FOTO

Cennifer Lopez fotoşop ittihamlarını darmadağın etdi - FOTO