RoRo da Azərbaycandan göndərildibackend

RoRo da Azərbaycandan göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabah” FK Rocer Roxasla yollarını ayırıb. 

İnterpress.az  xəbər verir ki, honduraslı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, RoRo ləqəbli Rocer Roxas bu ilin avqustun 20-də bu klubla bir illik müqavilə bağlamışdı. 29 yaşlı futbolçu “Sabah”da keçirdiyi 13 oyunda (11 Premyer Liqa, iki ölkə kuboku) iki qola imza atıb.

Daha əvvəl bu klub CAR-dan olan yarımmüdafiəçisi Hendrik Eksteynlə müqaviləsini pozmuşdu.

İnterpress.az