Erməni məmurlar Paşinyana güvənmir: Prokurorlar Sarqsyanın işindən imtina edirbackend

Erməni məmurlar Paşinyana güvənmir: Prokurorlar Sarqsyanın işindən imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda prokurorlar gələcəkdə məsuliyyətə cəlb olunmaqdan qorxduqlarına görə üçüncü prezident Serj Sarqsyana və ölkənin keçmiş baş prokuroru Gevork Kostanyana qarşı qaldırılan cinayət işlərindən imtina edirlər.

“Qraparak” qəzeti eks-prezidentin işini aparmaqdan imtina edən prokurorlara misal da göstərib.

Məsələn, prokuror Akop Tadevosyan eks-prezidentin işindən imtina edib, dekabrın 20-də isə, ümumiyyətlə, işdən çıxıb. Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan Tadevosyanın öz istəyilə vəzifəsini tərk etdiyini təsdiqləyib.

Nəşr qeyd edir ki, Baş Prokuror Artur Davtyanın Nikol Paşinyana yüksəkçinli şəxslərə qarşı cinayət işlərinin sona qədər aparılacağına söz verməsinə baxmayaraq, onun tabeliyindəki prokurorlar işin aparılmasından ya imtina edir, ya da yazılı göstəriş tələb edirlər.

Prokurorlar başa düşürlər ki, kifayət qədər hüquqi sübutların olmadığı istənilən iş gələcəkdə onların özləri üçün problemlərə yol aça bilər, rəhbərlik məsuliyyətdən qaçaraq günahı onların üzərinə ata bilər.

İnterpress.az