Yaponiyada 10 ildə ilk dəfə xarici vətəndaş edam edildibackend

Yaponiyada 10 ildə ilk dəfə xarici vətəndaş edam edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada 10 ildə ilk dəfə xarıci vətəndaş edam edilib.

BBC xəbər verir ki, 40 yaşlı çinli Vey Vey asılaraq öldürülüb.

O 2003-cü ildə iki yoldaşı ilə birlikdə bir ailəni qətlə yetirib. Cinayətkarlar Fukuoka şəhərində biznesmenin evini qarət etmək istəyiblər, sonda isə ev sahibini, arvadını və iki uşağını boğaraq öldürüblər.

Qətldə günahkar bilinən şəxslərdən biri 2005-ci ildə Çində edam olunub, digərinə isə ömürlük həbs cəzası tətbiq olunub.

Hazırda Yaponiya həbsxanalarında ölüm hökmü çıxarılan 100-dən artıq dustaq saxlanılır.

İnterpress.az