Pirallahıda yük maşını motosikletlə toqquşdubackend

Pirallahıda yük maşını motosikletlə toqquşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Pirallahı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

İnterpress.az xəbər verir ki, yük maşını 21 yaşlı Əmirov Samir Nadir oğlunun idarə etdiyi motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü S.Əmirov xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az