Qolf klubu ərazisində 40 məzar tapıldıbackend

Qolf klubu ərazisində 40 məzar tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatının Tallahassi şəhərində qolf klubunu ərazisində 40 qəbir tapılıb.

“Associated Press”in xəbərinə görə, qəbirlər plantasiyalarda yaşayan və işləyən qullara aid olub.

Məlum olub ki, ABŞ-da vətəndaş müharibəsindən bir müddət əvvəl Leon əyaləti üç elit “ağ” ailəyə aid olub.

Bu ailələrdən birinin sahib olduğu böyük bambuq plantasiyası daha sonra qolf meydanı kimi istifadə olunub.

Bölgə üzrə Ticarət Palatasının vitse-prezidenti Cey Revvel məsələ ilə bağlı açıqlama verib:

“Ərazi qolf meydanı kimi istifadə edildiyi üçün qəbirlər qorunub-saxlana bilib. 100 il əvvəl qəbirləri aşkar etmək üçün texnologiya yox idi”.

Ümumilikdə ştat ərazisində 1,5 minədək qul və ya afroamerikalı məzarlarının ola biləcəyi təxmin edilir.

Yerli hakimiyyət ölənlərin xatirəsinə ehtiram göstərmək üçün onların mümkün qədər çoxunu tapmaq qərarına gəlib.

İnterpress.az