Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Liverpul” Premyer Liqanın tarixinə düşdü

İngiltərə Premyer Liqasının 19-cu turunda “Lester” öz meydanında “Liverpul”u qəbul edib. Qarşılaşma “qırmızıların” 0:4 hesablı qələbəsi ilə nəticələnib.

Dərc edilib: 27 dekabr 2019 [10:36]
Baxış sayı: 15182

İngiltərə Premyer Liqasının 19-cu turunda “Lester” öz meydanında “Liverpul”u qəbul edib. Qarşılaşma “qırmızıların” 0:4 hesablı qələbəsi ilə nəticələnib.

Gazeta.ru xəbər verir ki, bu “Liverpul”un meydanı məğlub tərk etmədiyi ardıcıl 35-ci qarşılaşma kimi tarixə düşüb.


Sözügedən nəticə ilə “Liverpul” 1968-1969-cu illər mövsümündə ardıcıl 34 oyunda məğlub olmayan “Lids”in nəticəsini qabaqlayıb. Bu göstərici, həmçinin İngiltərə Premyer Liqası tarixində də dördüncü göstərici olub.

Qeyd edək ki, “Liverpul”u siyahıda 2004-2005-ci illər mövsümündə ardıcıl 40 oyunda məğlub olmayan “Çelsi”, 1977-1978-ci illər mövsümündə ardıcıl 42 oyunda məğlub olmayan “Nottinqem Forest” və 2003-2005-ci illər mövsümündə ardıcıl 49 qarşılaşmada məğlub olmayan “Arsenal” klubları qabaqlayır.


İnterpess.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 249