Azərbaycanda polis rəisi bıçaqlandıbackend

Azərbaycanda polis rəisi bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Aslanov Elçin İslam oğlu xidməti vəzifəsini yerinə yetirərkən hücuma məruz qalıb və ağır yaralanıb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Dekabrın 26-da saat 19:00 radələrində Buruc kəndində Nəcəfovlar ailəsində münaqişə baş verib. 1973-cü il təvəllüdlü işsiz Nəcəfov Ceyhun Mürşüd oğlu içkili vəziyyətdə qardaşı Ariflə dalaşıb. Hadisə barədə polisə məlumat verilib, bununla əlaqədar Elçin Aslanov hadisə yerinə gedib.

Polis əməkdaşı hadisə yerinə Ceyhun Nəcəfov qardaşını bıçaqla vurmağa hazırlaşan zaman çatıb. Asayiş keşikçisi qəzəbli kişini zərərsizləşdirməyə çalışsa da, bu vaxt özü hücuma məruz qalıb. C.Nəcəfov polis əməkdaşına beş bıçaq zərbəsi vurub. Onlardan dördü qarın nayihəsinə vurulub, ikisi daxilə nüfuz edib.

Xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3 (qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs saxlanılıb və istintaq orqanlarına təhvil verilib. Faktla bağlı əməliyyat-istintaq qrupu yaradılıb.

İnterpress.az