Rusiyada cinsi azlıqlara qan verməyi qadağan etdilərbackend

Rusiyada cinsi azlıqlara qan verməyi qadağan etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Samara vilayətinin qan köçürülmə stansiyası cinsi azlıqlara, həmçinin “fahişələrə” və “nəşəxorlara” qan donoru olmağı qadağan edib.

“TV Rain” xəbər verir ki, qeyd edilən şəxslər xəstəxananın rəsmi saytında risk qrupuna aid ediliblər.

Saytın “Qan verməklə bağlı tam məhdudiyyətlər” bölməsində “infeksiya yoluxmaları” (QİÇS, İİV – virusları) ilə “risk qrupuna aid insanlar” (homoseksuallar, nəşəxorlar, fahişələr) qeyd olunur.

Xəstəxananın baş həkiminin tibb üzrə müavini Yelena Kudinova qeyd edib ki, müəssisədə ömrünün sonunadək qan donoru olmaq hüququndan məhrum olan “şəxslərin bazası” var.

Y.Kudinova bu addımı Rusiyanın baş dövlət sanitar həkiminin qərarı ilə əlaqələndirib.

Klinikanın özündə potensial donorların təhlükəli olub-olmamasının terapevtlə söhbət zamanı müəyyən edildiyini bildiriblər.

İnterpress.az