İbrahimoviç yenidən “Milan”dabackend

İbrahimoviç yenidən “Milan”da

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Los-Anceles Qalaksi”nin sabiq hücumçusu Zlatan İbrahimoviçin yeni klubunun adı rəsmən bəlli olub.

İnterpress.az xəbər verir ki, isveçli forvard gözlənildiyi kimi, İtaliyanın “Milan” klubu ilə anlaşıb.

Bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb.

Azad agent olan veteran forvardla müqavilənin detalları açıqlanmayıb. Amma tərəflərin 6 aylıq anlaşmaya imza atdığı iddia olunur.

Qeyd edək ki, Zlatan İbrahimoviç geridə qalan mövsüm MLS liqasında iştirak etdiyi 31 matçda 31 qol, 8 assistlə yadda qalıb.

İsveç yığmasının sabiq forvardı 2010-2012-ci illərdə də “Milan”ın formasını geyinib.

İnterpress.az