Rayan Reynolds “Dedpul”un üçüncü hissəsinin taleyindən danışdıbackend

Rayan Reynolds “Dedpul”un üçüncü hissəsinin taleyindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Marvel” studiyası “Dedpul” filminin üçüncü hissəsi üzərində işləməyə başlayıb.

Bu barədə “Comic Book” nəşrinə amerikalı aktyor Rayan Reynolds bildirib.

Aktyorun sözlərinə əsasən, qeyri-standart superqəhrəman haqqında olan filmin davamı üzərində birinci iki hissəni çəkən komanda çalışır.

“Biz indi ali liqa hesab olunan “Marvel” studiyasındayıq. Bu, dəlilikdir”, – deyə aktyor bildirib.

“Dedpul” filmi eyniadlı komikslər seriyasına əsaslanır. Filmdə, demək olar, öldürülməsi mümkün olmayan superqəhrəmandan bəhs edilir. Bu komiks qəhrəmanını digərlərindən qeyri-standart, ədəbsiz yumor hissinin olması fərqləndirir.

“Dedpul”un birinci hissəsi 2016-cı ildə işıq üzü görüb və dünya prokatında 780 milyon dollar kassa toplayıb. Filmin davamı isə 2018-ci ildə çıxıb.

İnterpress.az