İtaliyada danışılmış futbol oyunlarını təşkil edən dəstə üzvləri İspaniyada həbs edildibackend

İtaliyada danışılmış futbol oyunlarını təşkil edən dəstə üzvləri İspaniyada həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Milli Polisi İtaliyanın A seriyasında (İtaliya futbol liqasının ali divizionu) danışılmış və qeyri-leqal mərc oyunlarında əli olan 14 nəfər şəxsi İspaniyada həbs edib.

“RİA Novosti” məlumat verir ki, Avropa İttifaqının Polis Xidmətinin (Avropol) rəhbərlik etdiyi əməliyyatda İtaliya və İspaniyadan olan hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Bütün həbslər İspaniyada həyata keçirilib.

İstintaqın gəldiyi nəticəyə əsasən, saxlanılan şəxslər İtaliya A seriyasında danışılmış oyunların təşkili ilə məşğul olublar.

Xatırladaq ki, İspaniya polisi Avropa futbol çempionatlarında danışılmış oyunlarla bağlı ilkin əməliyyatı 2019-cu ilin may ayında aparıb. O zaman İspaniyanın aşağı liqasında danışılmış oyunları təşkil edən dəstənin 11 üzvü saxlanılmışdı.  

İnterpress.az