Paşinyan Konstitusiya Məhkəməsi sədrini buna görə həbs etdirirbackend

Paşinyan Konstitusiya Məhkəməsi sədrini buna görə həbs etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan yaxın günlərdə həbs oluna bilər.

Bu barədə “Qraparak” qəzeti informasiya yayıb.

Məlumata görə, Tovmasyan 30 dekabrda Ermənistan Xüsusi İstintaq Komitəsinə çağırılıb. Həmin gün Tovmasyan barəsində qətimkan tədbirinin dəyişdirilməsi və məhkəməyə onun həbsi üçün ərizə təqdim edilməsi planlaşdırılır.

Ermənistan rəhbərliyi Tovmasyanın həbsinin onlara Konstitusiya Məhkəməsinin digər üzvlərinə təzyiq göstərməyə və məhkəmə üzvlərini istefaya məcbur etməyə imkan verəcəyinə əmindir.

Lakin hakimlərin əksəriyyətinin toxunulmazlıq prinsipi və ya əsaslı şübhələrin olmamasına istinad edərək həbs qərarı ilə bağlı müraciəti geri çevirəcəyindən ehtiyat edilir.

Ermənistan hökuməti, həmçinin, Yerevanın ümumi yurisdiksiya məhkəməsinin sədri Artur Mkrtçyana işin baxılmasını “etibarlı” hakimlərə – Mnatsakan Martirosyan, Karen Farxoyan, Marina Melkonyan ya da Vaaqn Melikyana həvalə etməyi tapşırıb. Müraciətə, həmçinin, Mkrtçyanın özünün də baxa biləcəyi qeyd olunur.

İnterpress.az