Putinin çıxışına görə Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırıldıbackend

Putinin çıxışına görə Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

RİA-ya verdiyi açıqlamada bildirib ki, onu səfirliyə Putinin nasist Almaniyası barədə işlətdiyi ifadələrə görə çağırıblar.

Şərq bölməsinin direktoru ilə görüşən səfir “Məni Polşa Xarici İşlər Nazirliyinə dəvət etdilər. Söhbət sərt, lakin səhvsiz keçdi”, – deyib və hər iki tərəfin öz mövqeyini ortaya qoyduğunu bildirib.

“Heç kim bizə nota verə bilməz. Tarixi siyasət mövzusunda sözümüzü deyə bilirik”, – deyə Andreyev vurğulayıb.

Qeyd edək ki, Rusiyadakı yəhudi icması Putinə bu məsələ ilə bağlı təşəkkür edib.

İnterpress.az