Rusiya Ukraynanın ağlasığmaz tələbini yerinə yetirdibackend

Rusiya Ukraynanın ağlasığmaz tələbini yerinə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazprom” Stokholm Ticarət Palatasının qərarını yerinə yetirərək “Naftoqaz”a 2.9 milyard dollarlıq (4.93 milyard AZN) təbii qaz cəzasını ödəməyi həyata keçirib.

“Anadolu Ajansı”nın məlumatına görə, bu barədə şirkətin səlahiyyətli şəxsləri açıqlama verib.

“Naftoqaz”dan verilən yazılı açıqlamada bildirilir ki, ödəmə 2.56 milyard dollarlıq (4.35 milyard AZN) təzminatı və bu miqdarın faizini əhatə edir.

Qeyd edək ki, hər iki tərəf 2014-cü ildə Stokholm Ticarət Palatasının Təhkim İnstitutuna bir-birindən şikayət etmişdi. “Naftoqaz” “Qazprom”un təbii qaz nəqli öhdəliyini yerinə yetirmədiyini iddia edərək 17 milyard dollarlıq ( 28.9 milyard AZN) ödəmə tələb edirdi.

Paltanın qərarından sonra “Qazprom” ödəmə etmədiyi üçün şirkətin Avropa ölkələrindəki əmlaklarına həbs qoyulmuşdu.

İnterpress.az