Bakıda toyda zəhərlənmə: 29 yaşlı kişi öldübackend

Bakıda toyda zəhərlənmə: 29 yaşlı kişi öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1990-cı il təvəllüdlü Hacıyev Vüqar İlqar oğlu gecə saatlarında yaşadığı ünvanda vəfat edib.

V.Hacıyevin meyitinin müayinəsi zamanı onun zəhərlənmədən öldüyü məlum olub.

Yaxınlarının dediklərinə görə, V.Hacıyev dünən toyda olub və orada zəhərləndiyini istisna etmirlər.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

İnterpress.az