Rusiya üçün təhlükə: ABŞ desantçılarının sayını artırırbackend

Rusiya üçün təhlükə: ABŞ desantçılarının sayını artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Çukot dənizində hərbi qruplaşmalarının sayını artırır.

Amerika Birləşmiş Ştatları öz hərbi dəniz qüvvələrinin Çukot bölgəsində fəaliyyətini genişləndirərək, müxtəlif təlimlər həyata keçirir.

Bu barədə Rusiya Birləşmiş Silahlı Qüvvələr Komandanlığın şimal-şərq Qərərgahının rəhbəri Mixail Biliçenko “Zvezda” telekanalına müsahibədə danışıb.

Baş Qərərgah Rəisinin rəhbəri bildirib ki, ABŞ silahlı qüvvələri əvvəllər də ərazidə gündəlik aktivlik göstərirdilər. Lakin indi hərbi qruplaşmaların tərkibi artıb və dəniz desantlarının quruya çıxarılma təlimləri aparılır.

İnterpress.az