İranda qrip epidemiyasından 110 nəfər ölübbackend

İranda qrip epidemiyasından 110 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Səhiyyə Nazirliyinin İnfeksion Xəstəliklər Şöbəsinin rəhbəri Hüseyin İrfaniyan son bir həftə ərzində ölkədə qrip epidemiyasından 4 nəfərin öldüyünü bildirib.

TRT xəbər verir ki, sentyabrdan indiyə kimi İranda qrip epidemiyasından həyatını itirənlərin sayının 110 nəfərə çatıb. 

İrfaniyan son bir həftədə 2388 nəfərin tənəffüs yolundakı problemlərdən şikayətlənərək xəstəxanalara müraciət etdiklərini vurğulayıb.

Son aylar İranın Gülüstan, Mazandaran, Kirman, Ahvaz və digər əyalətində H1N1 virusu (donuz qripi) aşkarlanıb.

İnterpress.az