“Azərenerji” gücləndirilmiş iş rejiminə keçirbackend

“Azərenerji” gücləndirilmiş iş rejiminə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayram günləri ilə əlaqədar olaraq “Azərenerji” ASC gücləndirilmiş iş qrafikində çalışacaq.

Bu barədə  “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bayram günlərində enerji sistemin dayanıqlığı üçün qabaqlayıcı tədbirlər görülüb.

Belə ki, enerji sisteminin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək məqsədi ilə mərkəzi aparat üzrə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil edilib, eyni zamanda elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib.

Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işini, o cümlədən  mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin edilib.

İnterpress.az