Prosineçkinin Azərbaycan millisinə qayıtmayacağı dəqiqləşdibackend

Prosineçkinin Azərbaycan millisinə qayıtmayacağı dəqiqləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan milli komandasını çalışdırmış xorvatiyalı baş məşqçi Robert Prosineçki Türkiyə Super Liqasında çıxış edən “Kayserispor” klubu ilə razılıq əldə edib.

“Anadolu” agentliyi məlumat verir ki, son iş yeri Bosniya və Herseqovina millisi olan mütəxəssis Türkiyə klubu ilə sezon sonuna qədər müqaviləyə imza atıb.

Qeyd edək ki, 2014-2017-ci illər aralığında Azərbaycan millisini çalışdıran Prosineçkinin Nikola Yurçeviçin gedişindən sonra ölkəmizə qayıdacağı deyilirdi.

İnterpress.az