Kamera yoldaşının ailəsini öldürəni ömürlük azadlıqdan məhrum etdilərbackend

Kamera yoldaşının ailəsini öldürəni ömürlük azadlıqdan məhrum etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada həbsxanadakı kamera yoldaşının ailəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib.

NTV-nin xəbərinə görə, Primorski vilayətində şərti olaraq həbsdən azad edilən şəxs kamera yoldaşının arvadını və qızını öldürüb.

Məlum olub ki, kamera yoldaşı ona arvadının “Toyota Rav4” markalı avtomobili olduğunu deyib.

Naxodka şəhərinin Vranqel mikrorayonunda yerləşən evə gələn həmin şəxs qadından avtomobili onun adına keçirməsini tələb edib.

Sənədlər hazır olana qədər əsir saxlayandan sonra o, qadını silahla, qızını isə bıçaqla öldürüb, cəsədləri əvvəlcədən qazdığı çuxura atıb və tikinti tullantıları ilə örtüb.

Bundan sonra həmin şəxs qadından zorla aldığı avtomobili başqası ilə dəyişib.

Məhkəmənin qərarı ilə o, ömürlük azadlıqdan məhrum edilib.

İnterpress.az