Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsi ilə bağlı parlamentə müraciət etdibackend

Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsi ilə bağlı parlamentə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsini təsdiqləyəcək sənədi Böyük Millət Məclisinin (TBMM) müzakirəsinə təqdim edib.

“Anadolu” xəbər verir ki, sənəd yanvarın 2-də parlamentin iclasında müzakirə olunacaq.

Deputatların bu qərarı təsdiqləyəcəyi gözlənilir. “Ədalət və İnkişaf” və “Milliyətçi hərəkat” partiyalarının üzvləri Liviyaya qoşun göndərilməsini dəstəklədiklərini artıq bildiriblər.

İnterpress.az