Qazaxıstandakı dəhşətli təyyarə qəzası ilə bağlı yeni gözlənilməz versiyabackend

Qazaxıstandakı dəhşətli təyyarə qəzası ilə bağlı yeni gözlənilməz versiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almatıda “Bek Air” hava şirkətinə məxsus təyyarənin qəzaya uğraması versiyaları barədə müstəntiqlər yeni fikir irəli sürüblər.

“Tengrinews” yazır ki, müstəntiqlər dəhşətli qəzanın səbəbləri arasına naviqasiya xidmətinin işindəki səhvi də əlavə ediblər və bunun üzərində də işlər aparılır. Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin rəhbəri Yerlan Turqumbayev bildirib.

“Hazırda üç versiyaya baxılır. Birincisi, ekipaj səhvi, ikinci, təyyarənin özünün texniki nasazlığı ehtimalı, üçüncüsü isə naviqasiya xidmətlərinin işi\”, – deyə o bildirib.

O əlavə edib ki, hüquq-mühafizə orqanları hadisə yerində araşdırmanı davam etdirir və qəzaya uğrayan təyyarəni sökürlər ki, sonradan hava limanında əlavə araşdırma aparılsın.

Xatırladaq ki, dekabrın 27-də səhər “Bek Air” aviaşirkətinə məxsus təyyarə uçuşdan dərhal sonra qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 12 nəfər ölüb, 67 nəfər yaralanıb. Ümumilikdə göyərtədə 93 sərnişin və beş heyət üzvü olub. Qazaxıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəzanın səbəblərinin ehtimal olunan variantları arasında texniki nasazlıq, pilot səhvi və əlverişsiz hava şəraiti hesab olunur.

İnterpress.az