Sabirabadda avtomobil piyadanı vurub öldürdübackend

Sabirabadda avtomobil piyadanı vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaratəpə kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, yolu keçən Sabirabad sakini, 1983-cü il təvəllüdlü Əkbərov Vüsal Abdul oğlunu “Mercedes” markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az