Şimali Koreya liderinin yeni raketi ünvanına “çatdı”backend

Şimali Koreya liderinin yeni raketi ünvanına “çatdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen Inın yeni ilin ilk günü yeni strateji raketlərinin olduğunu və dünyaya təqdim edəcəklərini açıqlaması ABŞ və Cənubi Koreya rəhbərliyində narahatlıq yaradıb.

Vesti.ru xəbər yayıb ki, sözügedən ölkələrin nümayəndələri Kim Çen Inın açıqlamasından sonra telefonla bəzi müzakirələr aparıblar.

Müəyyən edilib ki, müzakirələr Koreyanın Koreya yarımadasında sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Lu Du Honq ilə ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqan arasında olub.

Telefon danışığı zamanı tərəflər Koreya yarımadasında nüvəsizləşdirmə və sülh üzərində əməkdaşlıq yollarının axtarışına da toxunub.

Tərəflər yanvar ayımda Vaşinqtonda görüşmək barədə razılığa gəliblər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Şimali Koreya tərəfinin yeni strateji silahın hazırlanması ilə bağlı açıqlamalarını şərh edərkən bildirib ki, KXDR lideri Kim Çen In 2018-ci ildə Sinqapurda keçirilən ikitərəfli sammitdə Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair müqavilə imzalayıb və “sözünün adamıdır”.

İnterpress.az