Brilliant Dadaşova: Televiziyaya senzuranı qaytarardımbackend

Brilliant Dadaşova: Televiziyaya senzuranı qaytarardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ilin uğurlarından danışarkən dostlarımla ünsiyyəti, həmçinin, dinləyicilərim tərəfindən böyük maraqla qarşılanan “Tet-a-tet” mahnısını və klipini göstərə bilərəm.

Bu sözləri Media.Az-a müsahibəsində Azərbaycanın Xalq artisti Brilliant Dadaşova deyib.

2020-ci illə bağlı planlarından danışarkən isə o, Heydər Əliyev Sarayında solo konsert vermə təklifi aldığını bildirib:

“Mən də razılaşdım. Klassik estrada bəstəkarlarımızın musiqilərinin yenidən səslənməsini istəyirəm”.

Şəxsi planlarına gəlincə, Xlq artisti oğlunu evlənirmək istədiyini deyib.

Brilliant xanım qarşıdakı beş il üçün qarşıya qoyulan və arzulanan hədəflər arasında mükafat almanın olub-olmaması barədə sualı cavablandırarkən, bunun onun üçün o qədər də önəmli olmadığını, başqa dəyərlərin əsas olduğunu vurğulayıb:

“Əlbəttə, çox qürur duyuram ki, Sovet hakimiyyətinin süqutundan sonra Heydər Əliyevin özü mənə ilk olaraq “Əməkdar artist” adını verdi. Bir müddət sonra isə Prezident İlham Əliyev mənə “Xalq artisti” fəxri adını verdi. Bu, musiqiçinin yaradıcılığına ən böyük diqqətdir. Məqsədlərə gəlincə, məqsədim həmişə peşəkar musiqi yaratmaq olub”.

Peşəkar müğənni günümüzdə musiqi zövqünün getdikcə dəyişməsindən də narahatlığını ifadə edib:

“Təəssüf ki, belə bir tempdə tezliklə Tofiq Quliyev, Ramiz Mirişli, Səid Rüstəmov, Emin Sabitoğlu və başqalarının üslubunu unudacağıq”.

Sənətçi şou-sənayedə dəyişiklik kimi Azərbaycan Estrada Musiqisi Məktəbini yaratmaq istəyini dilə gətirib:

“Sovet dövründə olduğu kimi, televiziyada senzuranı da geri qaytarardım… O zaman hətta bölgələrdə də insanlar Şövkət Ələkbərovanın, Rəşid Behbudovun, Mirzə bəyin və digər peşəkarların musiqilərinə qulaq asırdılar”.

“Təəssüf ki, Sovet rejiminin süqutundan, azadlıq qazandıqdan və kiminsə müstəmləkəsi olmağı dayandırdıqdan sonra musiqimiz dəyişdi. Nə gürcülərdə, nə də digər qonşu dövlətlərdə belə dəyişikliklər olmadı”, – deyə o fikirlərini yekunlaşdırıb.

İnterpress.az