Kim Çen In xalqını Yeni il münasibətilə təbrik etmədibackend

Kim Çen In xalqını Yeni il münasibətilə təbrik etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In ilk dəfə olaraq Yeni il münasibətilə xalqını təbrik etməyib.

“Bloomberg” xəbər verir ki, o, ənənəvi Yeni il təbriki əvəzinə, yanvarın 1-i səhər tezdən KXDR Əmək Partiyasının mərkəzi komitəsinin plenar iclasını təşkil edib.

Xatırladaq ki, Şimali Koreya lideri 2013-cü ildən bəri hər ilin bu günü xalqını təbrik edib. Bu ənənəni 1940-cı ildə babası Kim İr Sen qoyub.

Hələlik Kim Çen Inın xalqını təbrik etməmə səbəbi məlum deyil.

İnterpress.az