Sabunçu rayon icra başçısı Adil Vəliyev haqqında daha bir şok məlumat yayıldı: BİZNESİNİ BELƏ ARTIRIRbackend

Sabunçu rayon icra başçısı Adil Vəliyev haqqında daha bir şok məlumat yayıldı: BİZNESİNİ BELƏ ARTIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Sabunçu rayon icra başçısı heç bir abadlıq işləri həyata keçirmir.

Adil Vəliyev rayona rəhbər təyin olunduğu ilk vaxtlarda Bakıxanov qəsəbəsində kosmetik işlər görməklə missiyasını başa çatmış saydı.

O gündən bəri rayonun hər hansı ərazisində abadlıq, yenidənqurma işlərinə rast gəlinmir. İstər Sabunçu rayonuna daxil olan Bakının bəzi kəndləri olsun, istər Bakıxanov qəsəbəsi, istərsə də Sabunçu vağzalının ətrafındakı vəziyyət.

A.Vəliyev onu tənqid edən media qurumlarını təhdid etmək, məhkəməyə verməklə hədələyərək mətbuatla mübarizəyə başladı. Halbuki, icra başçısı rayonda aşıb-daşan problemlərin həlli ilə məşğul olmalıydı. Amma bu günlərdə xəbər portallarında onun maşın kolleksiyası yayıldı.

Rayon üçün böyük işlər gördüyünə özünü inandıran icra hakimi əslində, biznesini də gizlədə bilmədi.

Ayda 1000 manat maaş alan icra başçısının bu cür bahalı maşınları hansı pulla alması da ciddi sual doğurmaya bilməz.

Çünki, icra başçısının maşın kolleksiyasında qiyməti nə az, nə çox 150-200 min manatdan başlayan \”Ferrari”, \”Porshe” kimi bahalı avtomobillər var.

Bu da səbəbsiz deyil. A.Vəliyevin \”Porsche” avtomobil salonu var. \”Sarı gəlin” restoranı və digər ticarət obyektlərinin olması da ictimaiyyətə sirr deyil. Yəni icra başçısı bizneslə məşğuldur.

Rayonun əhalisinin problemləri, onları narahat edən qayğılarla maraqlanmaq əvəzinə, sahibi olduğu «Euro style» LTD şirkətinin gəlirlərinin artırılması istiqamətində fəaliyyətini davam etdirib.

Sabunçu rayonu Ramana qəsəbəsində qanuni yolla torpaq alıb ev tikdirmək istəyən vətəndaşların haqsızlıqlar, bürokratik əngəllərlə üzləşir. (politika.az)

İnterpress.az